Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyan baş nazir vəzifəsinə namizəd olmaq üçün tələb olunan sayda imza toplayıb

 

 

Ermənistanın müxalifət hərəkatının lideri Nikol Paşinyan Ermənistanın baş naziri vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün tələb olunan parlament deputatlarının üçdə birinin imzasını toplayıb

 

Yenixeber.org: Bu barədə jurnalistlərə "Yolk" ("Çıxış") müxalifət blokundan olan deputat Ararat Mirzoyan bildirib.

"Paşinyanın namizədliyi bu gün və ya sabah rəsmən irəli sürüləcək", - A.Mirzoyan vurğulayıb.

Öz növbəsində, "Tsarukyan" blokunun nümayəndəsi, deputat Naira Zöhrabyan təmsil etdiyi blokun 31 deputatından 27-sinin artıq sənədi imzaladığını qeyd edib.

N.Paşinyanın hökumət başçısı postuna namizədliyinin lehinə "Tsarukyan" blokundan əlavə, "Daşnaksütyun" və "Yolk" fraksiyaları da mövqelərini bildiriblər.

 

Xatırladaq ki, mayın 8-də Ermənistan parlamentində növbədənkənar baş nazir seçkiləri keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam