Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qarabağdakı hərbi qüvvələr İrəvan ətrafına cəmləşdirilir

Qarabağdakı hərbi qüvvələr İrəvan ətrafına cəmləşdirilir
Ermənistan ərazisində internet və mobil rabitəyə məhdudiyyət qoyulub.
Yenixeber.org: Mayın 1-də Ermənistan parlamentində keçirilən və nəticəsiz başa çatan iclasdan dərhal sonra hazırkı hərbi-siyasi rəhbərlik xalqın etiraz səsini yatırmaq və hakimiyyəti əldə saxlamaq məqsədilə Ermənistan ordusunun Dağlıq Qarabağda yerləşən qanunsuz hərbi birləşmələrinin bir hissəsini İrəvana yeritmək qərarına gəlib.

Bu məqsədlə dünən gecə saatlarından başlayaraq Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən 538-ci motoatıcı briqada və 18-ci motoatıcı diviziyanın bölmələri Kəlbəcər-Vardenis-Sevan-Yerevan və Cəbrayıl-Gorus-Vedi-Yerevan marşurutları üzrə Ermənistan istiqamətində hərəkət edir.

Bu gün səhər saatlarında Ermənistan Müdafiə Nazirliyinin əhaliyə ölkə ərazisində hərbi daşınmaların maneəsiz hərəkətinin təmin edilməsi barədə etdiyi müraciətə baxmayaraq, İrəvan şəhərinə Kanaker, Nubaraşen və Eçmiadzin istiqamətlərindən daxil olan yollarda girişlər etirazçılar tərəfindən bağlı saxlanılır.

Eyni zamanda Ermənistan hakimiyyəti tərəfindən ölkədəki internet provayderləri və mobil rabitə operatorlarının fəaliyyətinə də məhdudiyyət qoyulub.(ordu)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam