Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyan xalqa səsləndi:Məni gözləyin... - Canlı

 

 

   

 

Onminlərlə etirazçı müxalif lider Nikol Paşinyanın ötəngünkü müraciətinə əsasən İrəvanın Respublika meydanına toplaşıb.

Yenixeber.org: Etirazçılar meydandakı iri monitorların qarşısına toplaşıb. Həmin monitorlarlarda parlamentdə saat 12:00-da başlanması nəzərdə tutulan baş nazir seçkisi canlı göstəriləcək.

Hazırda meydana insan axını davam edir.

Qeyd edək ki, bugünkü seçkidə baş nazirliyə yeganə namizəd Nikol Paşinyandır. Ötən gün onun seçiləcəyi ehtimalı yüksək olsa da, bu gün səhər saatlarında Serj Sərkisyanın başçılıq etdiyi Respublika Partiyasının parlamentdə təcili iclas keçirdiyi və baş nazir seçkisinə mane olmaq üçün plan qurduğu xəbəri yayılıb.

N.Paşinyan isə Feysbuk üzərindən RP-nin seçkiyə mane olmaq üçün gecə fövqəladə toplantı keçirdiyini bildirib və hamını meydana səsləyib.

***

Hörmətli xalqım, xahiş edirəm bizi Respublika meydanında gözləyəsiniz.

Bu sözləri Nikol Paşinyan Feysbuk hesabında yazıb.

Qeyd edək ki, hazırda Ermənistan parlamentində seçkiöncəsi toplantı keçirilir. Yeganə namizəd N.Paşinyandır.

  • Facebook 
  •  
  •  
  •  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam