Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bu gün Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olacaq

 

 

Yenixeber.org: Ankarada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Məlumatı Türkiyə Prezidentinin rəsmi saytı yayıb.

Bildirilib ki, R.T.Ərdoğan günorta saatlarında Azərbaycan Prezidenti İlham Əliyevi öz iqamətgahında qarşılayacaq. Bundan sonra iki ölkə liderlərinin təkbətək görüşü olacaq. Dövlət başçıları ikitərəfli əlaqələrin hazırki vəziyyətini və daha da genişləndirilməsini, bölgədə və beynəlxalq aləmdəki əsas mövzuları müzakirə edəcəklər.

Görüşün ardınca iki ölkə prezidentləri Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasına qatılacaqlar. Şuranın toplantısından sonra Azərbaycanla Türkiyə arasında sənədlər imzalanacaq. Sonra Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçirəcəklər. 

Görüş rəsmi nahar yeməyi ilə başa çatacaq.

Qeyd edək ki, aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə iki günlük rəsmi səfəri başlayıb. Bu, aprelin 11-də keçirilən prezident seçkilərində qalib gələn dövlət başçısı İlham Əliyevin xarici ölkəyə ilk rəsmi səfəridir.

Prezident İlham Əliyevin səfəri aprelin 25-də başa çatacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam