Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

Türkiyə və Azərbaycan prezidentləri İstanbulda görüşdü

Türkiyə və Azərbaycan prezidentləri İstanbulda görüşdü

 

 

İstanbulda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
Xeberinfo.com:   ANS PRESS-in məlumatına görə, prezidentlərin görüşü Mabeyn iqamətgahında baş tutub.
İslam Əməkdaşlığı Təşkilatının (İƏT) 13-cü zirvə toplantısı çərçivəsində baş tutan görüşdən sonra prezidentlər şam yeməyi üçün Savarona yaxtasına gediblər.
Prezident İlham Əliyev bu gün Türkiyəyə səfər edib. İstanbulun Atatürk Beynəlxalq hava limanında İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. 
Prezident aprelin 14 və 15-də İstanbulda  İƏT-in 13-cü zirvə toplantısında iştirak edəcək.  Toplantıya İlham Əliyevlə bərabər 10 ölkənin də prezidenti qatılacaq. 
İlham Əliyev Türkiyəyə sonuncu dəfə martın 15-də səfər edib. Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan Ankarada baş verən terror aktları ilə əlaqədar Bakıya planlaşdırdığı iki səfərini təxirə salıb.
İlham Əliyev Ərdoğanla telefonda danışaraq bildirmişdi ki, "sən Bakıya gələ bilmirsənsə, mən Ankaraya gələ bilərəm".
Beləliklə, Bakıda keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası Ankarada baş tutur. İlham Əliyevin səfəri başa çatarkən Ərdoğan həmkarını hava limanına gələrək Vətənə yola salmışdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam