Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərbaycan çətin anlarda hər zaman yanımızda olub”

 

4c2105b658b943d78d3d9531be675d27

         Azərbaycanın xarici işlər naziri Belarus prezidenti ilə görüşüb

       "Xeberinfo.com": Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycan prezidenti İlham Əliyevin səmimi salamlarını Belarus prezidentinə çatdırıb.

       Prezident Aleksandr Lukaşenko onun da səmimi salamlarının və xoş arzularının Azərbaycan prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

      Belarus prezidenti iki ölkə arasındakı əlaqələrin yüksək inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb və bu istiqamətdə atılan səyləri dəstəklədiyini bildirib. O əlavə edib ki, iki ölkənin əməkdaşlığının böyük perspektivləri var.

        Görüşdə qarşıdan gələn ildə hökumətlərarası komissiyanın iclasının keçirilməsi məsələsi müzakirə edilərək, onun gündəliyinin ikitərəfli əməkdaşlığın inkişaf istiqamətlərinə uyğun olaraq zənginləşdirilməsinin vacibliyi vurğulanıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası tərəfindən də iki ölkə arasındakı əlaqələrin inkişafının yüksək qiymətləndirildiyini və beynəlxalq məsələlərə münasibətdə ölkələrimiz mövqelərinin üst-üstə düşdüyünü deyərək, Azərbaycanın ticarət dövriyyəsinin artırılması istiqamətində ardıcıl səylər göstərdiyini bildirib.

      Belarusun Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, prezident Aleksandr Lukaşenko nazir Elmar Məmmədyarovla görüşündə deyib ki, Belarus və Azərbaycan qarşılıqlı ticarətin həcminin artırılması üçün bütün imkanlardan istifadə etməlidir: “300 milyon və hətta 500 milyon ABŞ dollar həcmində ticarət dövriyyəsi barədə danışmaq utancvericidir. Biz Azərbaycanı bir çox məhsulların istehsalı və region ölkələrinə satılması üçün dayaq bazası etməliyik. İki ölkə arasında bütün istiqamətlər üzrə uğurlu əməkdaşlıq mövcuddur. Bizim münasibətləri xarakterizə etsək demək lazımdır ki, təki bütün ölkələrlə bu cür münasibətlərimiz olsun. Azərbaycan heç vaxt bizi dar gündə atmayıb, çətin anlarda hər zaman yanımızda olub. Biz bunu xatırlayırıq, yüksək qiymətləndiririk. İnanıram ki, bundan sonra da belə olacaq. İlham Əliyevlə şəxsi münasibətlərimiz isə dostluqdan da artıqdır, biz bir-birimizə tam olaraq inanırıq”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam