Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda 5 bağlanmış bankın əmlakı hərracda satılıb

 

 

 Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Respublika Xammal və Əmtəə Birjası vasitəsilə fevralın 19-da və 26-da ləğv prosesində olan 5 bankın balansındakı əmlakların satışı üzrə açıq hərrac keçirib

 

Yenixeber.org: Keçirilmiş açıq hərracın nəticələrinə əsasən, “Bank Standard” QSC-nin balansındakı 2 ədəd “Toyota Camry”, 1 ədəd “Lexus LX-570”, 1 ədəd “Mitsubishi Outlander”, 1 ədəd “Toyota Corolla”, 1 ədəd “Mitsubishi Lancer”, 2 ədəd “Ford Transit Connect” markalı avtomobillər və 4 ədəd bankomat, “Texnikabank” ASC-nin balansındakı, Şabran rayonunda yerləşən torpaq sahəsi və 2 ədəd bankomat, “Kredobank” ASC-nin balansındakı 1 ədəd “QAZ-3110”, 1 ədəd “Toyota Camry” və 1 ədəd “Toyota Land Cruser” markalı avtomobillər, “Royalbank” ASC-nin balansındakı 1 ədəd qeyri-yaşayış sahəsi, “Zaminbank” ASC-nin balansındakı 1 ədəd “Ford Transit Connect” və “Range Rover” markalı avtomobillər satılıb.

Hərracda bir neçə avtomobilə xüsusi maraq olduğundan onların yekun satış qiyməti ilkin satış qiymətini xeyli üstələyib. Belə ki, “Bank Standard”a məxsus, 2004-cü ilin buraxılışı olan “Toyota Camry” avtomobilinin ilkin qiyməti 34 070 manat olduğu halda, yekun qiyməti 40 890 manat, “Mitsubishi Outlander” avtomobilinin ilkin qiyməti 18 570 manat olduğu halda, yekun qiyməti 25 638 manat təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam