Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

Azərbaycanda bağlanmış bankların əmlakları ilə bağlı daha iki hərrac keçiriləcək

 

 

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Respublika Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan “Bank Standard” QSC-nin, “Texnikabank”, “Kredobank”, “Zaminbank”, “Royalbank” və “Bank of Azerbaycan” ASC-lərin balansında olan daşınar və daşınmaz əmlakları 60 lot üzrə satışa çıxarır

 

Yenixeber.org: Fonda istinadən xəbər verir ki, 27 lot üzrə əmlak ilk dəfər, 20 lot üzrə əmlak 2-ci dəfə, 13 lot üzrə əmlak isə 3-cü dəfə hərraca çıxarılır.

3-cü hərraca çıxarılan əmlakların ilkin satış qiyməti 15% aşağı salınıb. Bu kateqoriyaya “Bank Standard”ın balansındakı 1 ədəd “Daewoo Nexia”, 2 ədəd “Mitsubishi Lancer”, 5 ədəd “Toyota Corolla”, 1 ədəd “Toyota Avalon” markalı minik avtomobilləri, 2 ədəd bankomat, “Texnikabank”ın balansındakı bağ evi və “Kredobank”ın balansındakı qeyri-yaşayış sahəsi aiddir. Bu əmlakların satışı üzrə hərrac martın 27-də keçiriləcək.

“Bank Standard”ın balansındakı 2 ədəd VAZ-213100, 1 ədəd “Lexus LX-570”, 1 ədəd “Mercedes Benz CLS 63 AMG”, 1 ədəd “Mercedes Benz GL500”, 1 ədəd “Mercedes Benz S500i”, 1 ədəd “Jeep Grand Cherokee”, 2 ədəd “Mitsubishi Lancer” markalı avtomobillər, “Royalbank”ın balansındakı 1 mənzil və 2 ev, “Kredobank”ın balansındakı 1 mənzil və “Texnikabank”ın balansındakı 7 ədəd qeyri-yaşayış sahəsi isə 2-ci dəfə hərraca çıxarılacaq.

“Bank Standard”ın balansındakı 4 ədəd “Hyundai Accent”, 1 ədəd “Daewoo Nexia” minik avtomobilləri, 10 ədəd bankomat, 1 ədəd pulsayan və 1 ədəd pulpresləyən aparatları, “Zaminbank”ın balansındakı 1 qeyri-yaşayış sahəsi və 3 mənzil, “Royalbank”ın balansındakı 1 fərdi ev, “Texnikabankın balansındakı 157 ədəd mebel və texniki avadanlıq (bir lot üzrə), 1 ədəd bankomat və 1 ədəd “QAZ-3302-18” yük avtomobili, “Kredobank”ın balansındakı 1 ədəd “Lexus LS460” avtomobili və “Bank of Azerbaijan”ın balansındakı “Ford Transit” avtomobili isə ilk dəfə hərraca çıxarılıb.

Birinci və ikinci dəfə satışa çıxarılan əmlaklar üzrə hərrac aprelin 3-də keçiriləcək. 

Birja Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 156(20A) (1933-cü məhəllə) ünvanında yerləşir. 

Maraqlananlar əlavə məlumatı http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu linki, www.adif.az saytı vasitəsilə və 566-70-25, 566-79-67 telefonlarla əldə edə bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam