Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Suriyanın aviabazası raket atəşinə tutuldu-iranlı hərbi müşavirlər öldü

 

Əsədin hərbi bazasını İsrail bombalayıb - Ölənlərdən ikisi İranın hərbi müşaviridir
Suriyanın Homs əyalətinin Palmir rayonunda yerləşən “Tayfur” (“T-4”) bazasına İsrail Hərbi Hava Qüvvələrinə məxsus 2 “F-15” təyyarəsi zərbələr endirib. 

Yenixeber.org: Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aprelin 9-da İsrailə məxsus 2 hərbi təyyarə Suriya hava məkanına daxil olmadan, Livan ərazisindən aviabazaya 8 idarəolunan raket atıb. 

Suriya Hava Hücumundan müdafiə qüvvələri tərəfindən raketlərdən 5-i vurulub. Rusiya hərbçilərinin məlumatına görə, üç raket aerodromun qərb hissəsinə düşüb. Rusiyalı hərbi müşavirlər arasında ölən yoxdur.

“Ria Novosti”-nin yaydığı məlumata görə, raket zərbələri nəticəsində 14 hərbçi həlak olub. Ölənlərin 12-si suriyalı hərbçi, ikisi isə İrandan olan hərbi müşavirlərdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam