Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gələn ildən Moskvaya giriş pullu olacaq

 

 

Rusiya paytaxt Moskvaya girişi gələn ildən pullu etmək istəyir
   "Xeberinfo.com": ANS PRESS-in məlumatına görə, paytaxt meriyası şəhərə giriş konsepsiyası hazırlayır.
Pilot layihənin gələn ildən start götürəcəyi gözlənilir. İlk olaraq "Moskva-siti" ərazisinə giriş üçün pul alınacaq.
Rusiya KİV-ləri şəhərə pullu giriş ideyasının xarici ekspertlər tərəfindən verildiyini yazır. Mer Sergey Sobyanin hazırda bu təklif üzərində iş getdiyini bildirib. Buna görə də Moskvanın nəqliyyat departamenti paytaxtın əsas nəqliyyat nöqtələrində ödənişli girişin perspektivlərini araşdırır.
2015-ci ildə start veriləcək pilot layihədə ödənişli gediş sistemi, cərimələr və sairə təcrübələrdən çıxarılan nəticələr əsasında Moskvaya ödənişli girişin sxemi hazırlanacaq. Analizlər ödənişli girişin nəqliyyatın vəziyyətini yaxşılaşdırdığını təsdiqləsə, 2016-cı ildən layihəyə davam ediləcək.
Ekspertlər düşünürlər ki, şəhərə girişin ödənişli edilməsi yetərincə çətin prosesdir və buna ən az üç il vaxt lazımdır. Və buna Bulvar və Sadovoy dairəsindən başlamaq lazımdır.
    Məsələnin siyasi tərəfləri də eksperləri narahat edir. Onlar pullu girişin şəhərin qonaqları kimi, moskvalıların özlərinin də etirazına səbəb ola biləcəyini ehtimal edirlər.
   Beynəlxalq praktikadan buna misal göstərmək olar. Honkoqda (1983-1985) tətbiq edilmiş pullu giriş sistemi iki ildən sonra ləğv edildi. Analoji hal Şotlandiyanın paytaxtı Edinburqda da (2003-2005) baş verib. İki illik ödənişli girişdən sonra buna son qoyuldu. Hər iki şəhərə ödənişli girişi məhz şəhər hakimiyyəti özü ləğv etmişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam