Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bakıdan Gürcüstana ödənişli yol! (?)

 

 

    Bakıdan Gürcüstan sərhədinədək İpək yoluna paralel ödənişli yolun çəkilməsi nəzərdə tutulur
     "Xeberinfo.com":Bu barədə AzərTAc-a Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bildirib O qeyd edib ki, bu təcrübə bir çox ölkələrdə tətbiq olunur. Belə ki, sürət həddi daha yüksək olduğundan sürücülər mənzil başına tez çatmaq üçün müəyyən məbləğ ödəməklə bu yollardan istifadə edirlər. Bu məsələ bir müddətdir ki, gündəmdədir və dünyadakı ən yaxşı təcrübələr nəzərdən keçirilib. Məqbul hesab edilən layihələr hazırda müzakirə mərhələsindədir.
      Paytaxt gəlincə isə N.Həsənov vurğulayıb ki, Bakının yolları Nəqliyyat Nazirliyi ilə şəhər İcra Hakimiyyətinin balansındadır. Ona görə də şəhərdə ödənişli yolların tətbiqi ilə bağlı hər iki qurum arasında razılıq olmalıdır. “Bizdə belə təcrübə var. Məsələn, İçərişəhərin ərazisindəki yollardan istifadə pulludur. Gələcəkdə bu təcrübənin paytaxtın digər tarixi yerlərində də tətbiq olunması nəzərdə tutulur”, - deyə mətbuat katibi əlavə edib.

 

     Xatırladaq ki, nəqliyyat naziri Ziya Məmmədovdur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam