Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Sanksiyalar cavabsız qalmayacaq" -Rusiyanın ABŞ-dakı səfirliyi

rus-s%c9%99firliyi

 "ABŞ-ın Rusiya, rus diplomatları və onların ailə üzvləri barəsində sanksiyaları ikitərəfli münasibətləri pozur və cavabsız qalmayacaq".

Xeberinfo.com:   Bunu Rusiya Federasiyasının Vaşinqtondakı səfirliyindən bildiriblər.

"Biz ABŞ administrasiyasının Rusiyaya, rus diplomatlarına və onların ailə üzvlərinə qarşı yeni sanksiyalarını adi düşmənçilik aktı kimi qiymətləndiririk. Dekabrın 29-da elan edilmiş sanksiyalar bilavasitə Rusiya-Amerika ikitərəfli münasibətlərini pozmağa yönəlib. Onlar cavabsız qalmayacaq", – deyə Rusiya diplomatik missiyasının "Twitter" yazısınıda deyilir.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyalatın tətbiq edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən sanksiyalar ABŞ-da demokratiyanın pozulmasına yönəlmiş fəaliyyətlə əlaqədar tətbiq olunub.

Sanksiyalar Rusiyanın bir sıra rəsmi şəxslərinə, habelə 5 təşkilata şamil edilib.

Bununla yanaşı, ABŞ Vaşinqtondakı və San-Fransiskodakı Rusiya diplomatlarını geri göndərəcək və Rusiyanın Nyu-York və Merilend ştatlarında iki diplomatik nümayəndəliklərini bağlayacaq. Vaşinqtondakı və San-Fransiskodakı Rusiya diplomatlarına ölkəni tərk etmək üçün 72 saat vaxt verilib.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam