Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Keçmiş MTN generalının apellyasiya məhkəməsində zərərçəkmiş ifadə verib

 

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib

 

Yenixeber.org: Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Maqsud Mahmudov çıxış edib.

O, 120 min dollarlıq mülki iddiasının təmin edilməsini və təqsirləndirilən şəxslərin hər ikisinin cəzalarının artırılmasını istəyib: "Birinci instansiya məhkəməsində hər iki şəxs mənə dedilər ki, get pulunu Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovdan al. Mən çox əziyyət çəkmişəm. Mən pulumu Azər Mehdiyevə vermişəm".

Təqsirləndirilən A.Mehdiyev isə iddianı qəbul etmədiyini söyləyib. O, zərərçəkmiş M.Mahmudovun yalan danışdığını deyib: "Maqusd Mahmudov MDB məkanında və Azərbaycanda məşhur adam olub. O, bir neçə dəfə müxtəlif maddələrlə həbs olunub".

A.Mehdiyev ifadəsində bildirib ki, 2015-ci ildə M.Mahmudov MTN-in inzibati binasına sabiq nazir Eldar Mahmudovun yazılı vizası ilə çağırılıb: "Mən də Maqdus Mahmudova şəxsi telefonumla zəng edib onu idarəyə çağırdım. Maqsud da idarəyə gəldi və mən onu rəhbər şəxslərin otağına göndərdim. Maqsud Mahmudov aili rəhbərliyin adından dələduzluq etmişdi".

Təqsirləndirilən E.Quliyev isə söyləyib ki, M.Mahmudov 4 dəfə həbs olunub və bir dəfə də Ruhi-Əsəb Dispanserində yatıb: "Bu barədə Tibb Universitetinə sorğu vermənizi istəyirəm. O, həbsdə olan zaman bağırsağından iki dəfə telefon çıxarılıb".

E.Quliyev M.Mahmudovun MTN-in inzibati binasına çağırılmasınının səbəblərini də açıqlayıb: "Maqsud Mahmudov Ukraynada keçirilən "Maydan" hərəkatında müxalifətlə birgə Azərbaycan bayrağını qaldırıb. Bu barədə "youtube"da də izləyə bilərsiz. MTN-də onun xarici dövlətlərin xusisi xidmət orqanları əməkdaşları ilə əlaqəsinin olub-olmadığı yoxlanılıb. O, rəhbərliyin tapşırığı ilə MTN-ə çağırılmışdı. Biz ondan necə pul ala bilərdik?"

Zərərçəkmiş M.Mahmudov isə E.Quliyevin dediklərinə etiraz edib: "Mən indi də Azərbaycan bayrağını qaldırıram".

Məhkəmənin növbəti iclası martın 30-na təyin edilib.

Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs ediliblər. Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunublar.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Məhkəmə hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə Prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib. Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib.

E.Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.

E.Quliyev və digərlərinin ittiham olunduqları cinayətlərə görə dəymiş maddi ziyanın ödənilməsi üçün təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulub. Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxslərin əmlaklarının dövlətin xeyirinə müsadirə edilməsi barədə də qərar qəbul olunub. Hökmdən narazı qalan E.Quliyev və A.Mehdiyev apellyasiya şikayəti verib. Hər iki şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyirlər. Həmçinin E.Quliyev müsadirə olunması üçün üzərinə həbs qoyulmuş əmlakının qaytarılmasını da istəyir.

Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra Nazirliyin Antiterror Mərkəzinin rəisi, general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasında kafedra rəisi təyin edilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam