Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

General şantajçı adlandırıldı -MƏHKƏMƏ

 

mtn-elçin-quliyev (1)

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və digərlərinin məhkəmə prosesi davam edib.

Yenixeber.org:   APA-nın məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Maqsud Mahmudov ifadə verib.
O bildirib ki, 5 iyul 2015-ci il tarixdə, saat təxminən 1­5 radələrində Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin əməkdaşı Azər Mehdiyev ona zəng vurub və nazirliyə çağırıb: “Nazirlikdə məni Azər Mehdiyev qəbul etdi. O, məni terrorçu adlandırdı. On gün telefon zənglərimi və mesajlarımı izlədiyini bildirdi.
Zərərçəkmiş bildirib ki, onu münasibətdə olduğu qadınla şantaj edib, əvvəlcə 250 min dollar tələb ediblər: “Bildirdilər ki, tələb olunan pulu vermədyim halda qadınla görüşdüyümü həm öz həyat yoldaşıma, həm də həmin qadının həbsdən çıxan həyat yoldaşına deyəcəklər. Bu məbləğdə pulu onlara verməyə imkanım olmadığını bildirdim. Pulu hissə-hissə düzəldərək Azər Mehdiyevə verdim”.

Prosesdə Maqsud Mahmudovla Elçin Quliyevin arasında mübahisə yaranıb. Elçin Quliyev bildirib ki, zərərçəkmişi casusluqla bağlı MTN-ə çağırıblar: “Maqsud Mahmudov Ukraynada Maydan hadisələri zamanı Azərbaycan bayrağını yuxarı qaldırıb. Bu da bizim diqqətimizi cəlb etmişdi. Zərərçəkmiş ondan pul almağımızla bağlı dedikləri həqiqət deyil”.

Bu zaman zərərçəkmiş Qurani-Kərim kitabını çıxarıb və təqsirləndirilən şəxsdən and içməsini istəyib: “Elçin Quliyev burada deyir ki, yalan danışıram. And içsin ki, yalan danışıram. Əgər and içsə, mən məhkəmə zalını tərk edəcəm”.

Elçin Quliyev zərərçəkmişin and içməklə bağlı tələbini yerinə yetirməyib və yeni açıqlama verib: “Maqsud Mahmudovun MTN-ə çağırılmasından nazir Eldar Mahmudovun xəbəri və göstərişi olub”. Tərəflər bir-birini şantajçı adlandırıb.

Məhkəmə iclası mayın 18-də davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam