Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Generalın məhkəməsində dava düşdü

 

Generalın məhkəməsində dava düşdü

 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Yenixeber.org:Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində ləğv edilən MTN-in Binəqədi Rayon Şöbəsinin sabiq rəisi Rafiq Səfərov zərərçəkmiş Sahib Qurbanovun epizodu üzrə dindirilib.

O, zərərçəkmiş S.Qurbanovu tanımadığını və onu həbs edilən zaman görmədiyini deyib.

Daha sonra sualları cavablandıran keçmiş rəis qeyd edib ki, zərərçəkmiş S.Qurbanov saxlanılaraq, MTN-in Binəqədi Rayon Şöbəsinə gətirilib: "MTN Tibb Baş İdarəsinin rəis müavini olmuş Vüqar Mahmudov bizə məlumat verdi ki, Azərbaycana qaçaq mal daxil olub. Biz də bunun əsasında həmin şəxsi saxladıq".

Daha sonra şahid R.Səfərov zərərçəkmiş S.Qurbanova "moşennik" deyib.

S.Qurbanov isə bildirib ki, "moşennik"əmsə sübuta yetir, pulumu alanda yaxşı idi?"

Hakim hər iki tərəfi sakitləşdirib.

R.Səfərov isə qeyd edib ki, pulu Heydər Rüstəmov alıb.

Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o, adı çəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam