Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

VI Qlobal Bakı Forumu başlayıb -Yenilənib

 

VI Qlobal Bakı Forumu başlayıb - Yenilənib
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı VI Qlobal Bakı Forumu keçirilir.
Yenixeber.org: Azərbaycan Prezidentİlham Əliyev forumda iştirak edir.

Foruma, həmçinin Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovina hökumət başçısının müavini Mirko Saroviç, Rumıniya Baş nazirinin müavini Ana Birçall da daxil olmaqla 10-dan çox ölkənin prezidenti, baş naziri və xarici işlər nazirləri, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq ölkə və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərin, alimlərin də daxil olduğu 500 nəfərə yaxın qonaq qatılıb.

Üç gün davam edəcək Forum martın 17-də işini yekunlaşdıracaq. Forum çərçivəsində martın 18-19-da isə 7-ci Beynəlxalq Kitab Sammiti təşkil olunacaq. ABŞ KonqresKitabxanası və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçirilən sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusu müzakirə olunacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam