Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Binəli Yıldırım və Çavuşoğlu Bakıya gələcək

 

Binəli Yıldırım və Çavuşoğlu Bakıya gələcək
Türkiyənin baş naziri Binəli Yıldırım və xarici işlər naziri Mövlud Çavuşoğlunun gələn ayın ortalarında Azərbaycana səfəri planlaşdırılır.
Yenixeber.org: Bu barədə Trend-ə Türkiyə hökumətindəki mənbə məlumat verib. Mənbənin sözlərinə görə, B.Yıldırım və M.Çavuşoğlunun martın 15-17-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak edəcəyi gözlənilir.

Türkiyəli qonaqların Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcəyi də nəzərdə tutulur.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-17-də keçiriləcək VI Qlobal Bakı Forumunda Albaniya prezidenti Ilir Meta, Monteneqro prezidenti Filip Vuyanoviç, Moldova prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç və digər dövlətlərin prezidentləri, baş nazirləri, nazirləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur. Tədbir çərçivəsində Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzular barədə müzakirələr aparılacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam