Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Milli Depozit Mərkəzinin rəhbərliyi yenidən formalaşdırılıb

 

 

Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının (MŞ) növbədənkənar iclası keçirilib

 

 

    Yenixeber.org:                   İclasda MŞ-nın yeni üzvlərdən ibarət tərkibi formalaşdırılıb.

Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarına nəzarət Departamentinin direktoru Cavid Nəzərov MŞ-ya sədr, palatanın digər əməkdaşı Məhəmməd Həsənli, eləcə də “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Orxan Bağırov, “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Tural Bayramov və “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Bəhruz Nağıyev isə MŞ-nın üzvləri seçiliblər.

İclasda MDM-in cari və qarşıda duran məsələləri də müzakirə ediılib, “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin və “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin tələblərinə uyğun olaraq qiymətli kağızlar bazarının dərinləşməsi, xarici depozitarlara inteqrasiyası üçün hüquqi və texniki məsələlərin həllinin sürətləndirilməsi və s. əsas istiqamətlər müəyyənləşdirilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam