Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qeyri-peşəkarlar mənzilləri qiymətləndirə bilməz– Ekspert

 

 

 

 

Qiymətləndirmə bazarında qeyri-peşəkarlıq ayaq açıb yeriyir, bu sahədə təsadüfi adamlar çoxalıb

 

Yenixeber.org:  Bu fikirləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) bu gün keçirilən illik hesabat konfransında qurumun İdarə Heyətinin üzvü Ramil Osmanlı bəyan edib. R.Osmanlı bildirib ki, son illər problemli kreditlər səbəbindən məhkəmə orqanlarında vətəndaşların mənzillərinin qiymətləndirilməsi ilə bağlı müraciətlər artıb:

“Bu da çoxlu sayda qiymətləndirmə şirkətinin yaranmasına səbəb olub. Bazarda qeyri-peşəkarların sayının artması tənzimlənmə mexanizminin tətbiqini zəruri edir”.

Konfransda 1998-ci ildə qəbul edilən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklərin edilməsi zərurətinin də yarandığı, 2013-cü ildə yeni qanun layihəsinin Nazirlər Kabinetnə və Milli Məclisə təqdim edilməsinə baxmayaraq, bu günə qədər real addım atılmadığı da vurğulanıb.

Konfransda AQC-nin tərkibində Ekspert Şurasının yaradılması da təklif edilib. Vətəndaşların qiymətləndirmə ilə bağlı üzləşdikləri problemlər şurada müzakirəyə çıxarılacaq, obyektiv rəylər təqdim etməyən qurumlar inzaibati qaydada məsuliyyətə cəlb ediləcək.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam