Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda daha bir köçürülmə qalmaqalı

Bakıda daha bir köçürülmə qalmaqalı

 

Bu ayın sonunadək Keşlədəki “Şanxay” adlanan ərazinin, yəni Nizami rayonu, P.Fərzəliyev küçəsindəki evlərin söküntüsünə başlanılacaq. Sentyabrın 11-də 100 ailəyə bildiriş paylanılıb

 

Yenixeber.org: Bu  barədə yerli mətbuata sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, dəmir yoluna yaxın evlərin ölçülməsi və siyahıya alınması işləri tamamlanıb. Amma qiymətləndirmə ilə bağlı bildirişlər narazılığa səbəb olub. Sakinlər isə yenidən ölçmə və qiymətləndirmə aparılmayacağı təqdirdə evlərini tərk etməyəcəklərini bildiriblər.

“Bütün sakinlər “Vahid Qiymətləndirmə Şirkəti” MMC-nin ölçüm və qiymətləndirməsindən narazıdır. Sahəsi çox olan evlərin əksəriyyətində sahə az göstərilib, hətta otaqlar belə qeyri-yaşayış sahələri kimi qeydiyyata alınıb. MMC ekspertlərinin fikrincə, mənzillərin hündürlüyü standartlara uyğun deyil, bu isə mənzilin ümumi sahəsinə təsir edir”, - sakinlərin sayta ünvanladıqları şikayətində deyilir.

Şikayətçilər əlavə ediblər ki, evlərin hər kvadrat metri 500-1000 manat arasında hesablanıb. Belə ki, yaşayış sahəsi 1000, qeyri-yaşayış sahələri 500 manatdan hesablanıb. Bir çox evlərdə hamam, ayaqyolu, mətbəx, həyət nəzərə alınmayıb. “Verilən kompensasiyanı alanlar var, onlar həmin məbləğə Bakıətrafı qəsəbələrdən belə ev ala bilmirlər. Kompensasiya bankdan alınır, ödənilən məbləğ üçün faiz tuturlar”.

Sakinlər ölkə rəhbərliyinə mürciət ediblər. Onlar yenidən qiymətləndirmə aparılmasını istəyirlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam