Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bəşər Əsəd etiraf etdi:Afrinə ordu göndərdiyini

Suriya prezidenti Bəşər Əsəd Türkiyənin əməliyyat keçirdiyi Afrinə hərbi qüvvələr göndərdiklərini etiraf edib.

Yenixeber.org xarici mətbuata istinadən xəbər verir ki, Bəşər Əsəd Afrinə son günlər gedən hərbi qrupların rejimə bağlı olan dəstələr olduğunu açıqlayıb.

O bildirib ki, rejimə bağlı olan "Xalq ordusu"nun Afrinə girməsini olduqca normal qarşılamaq lazımdır: "Xaricilərin ölkəmizə təhdidinin davam etdiyi bir ərəfədə bütün hərbi dəstələr birlik içində olub, bir hərəkət etməyə məcburdur. Suriyadakı bütün hərbi dəstələrin bir olması çox vacibdir".

Xatırladaq ki, rəsmi Ankara dəfələrlə Əsəd ordusu və ona bağlı olan dəstələrə xəbərdarlıq edib: "Əgər Əsəd rejimi YPG-yə dəstək üçün Afrinə girirsə, ordumuzun qarşısında kimsə dura bilməz".

Bundan sonra Suriya rejiminə bağlı olan 40-a yaxın texnika ilə Afrinə girmək istəyən hərbi birlik xəbərdarlıq atəşindən sonra geri çəkilmişdi. Görünür, onlar gizli yollarla Afrinə girməyi bacarıblar…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam