Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə hərbçilərinə əmr verilib-"Afrinə doğru hərəkətdə olan istənilən hədəfi vurun"

 

 

 “Afrinə doğru hərəkətdə olan istənilən hədəfi vurun!”.

Yenixeber.org:  “Haberler” xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Afrinə yaxınlaşmaq istəyən Bəşşar Əsəd tərəfdarı olan silahlıların qarşısının alınması barədə əmrində vurğulanıb.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatına əsasən, “Zeytun budağı” əməliyyatı nəticəsində Afrində 91 mövqe, o cümlədən 63 kənd, 6 kəndətrafı ərazi və strateji 20 dağ, yaxud təpə PKK/PYD/YPG və İŞİD terrorçularından təmizlənib.

Məlumata görə, Bəşşar Əsədə bağlı silahlıların terrorçu YPG ilə anlaşaraq Afrinə girəcəkləri barədə xəbər yayılmışdı. Ancaq baş verənlər bunun reallaşmayacağını göstərir.

Xatırladaq ki, fevralın 21-də “Reuters” və BBC Bəşşar Əsədə bağlı 500 silahlı qrupun Afrinə girməsi barədə məlumat yaymışdı. Türkiyə rəsmiləri isə bildirib ki, Afrinə yaxınlaşmaq istəyən 40-50 avtomobildən ibarət silahlıların karvanını top atəşi ilə geri qaytarıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam