Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Həcc ziyarətinə sənəd vermək üçün 31 iyul son tarixdir

 

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycandan bu il Həcc ziyarətinə getmək istəyənlərə xəbərdarlıq edib.
"Xeberinfo.com":  QMİ-dən APA-ya verilən məlumata görə, zəvvarlara xəbərdarlıq ziyarət üçün sənəd qəbulunun vaxtı ilə bağlıdır.
 
Bildirilir ki, sənəd qəbulunun vaxtı bu ayın sonu – iyulun 31-də yekunlaşır və ziyarətə getmək istəyən zəvvarlar sənədlərini təqdim etmək tələsməlidir. 31 iyul sənəd qəbulu üçün son tarix olacaq.
 
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə səfər sentyabrın 11-i başlayacaq. Hazırda Həcc ziyarətinə sənədlərin qəbulu davam edir. Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki formada təklif olunur. Daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq üçün təklif olunan variant isə 4700 dollardır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları “AzAL” həyata keçirəcək. Bu il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam