Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Hacıbala Abutalıbov 700 manata sürücü axtarır

 

    Paytaxtda sərnişin daşınması üçün yeni yaradılmış “Baku Bus” MMC gələn ilin əvvəlindən fəaliyyətə başlayacaq

   "Xeberinfo.com": Məlumata görə, bununla əlaqədar şirkət avtobus sürücülərinin işə qəbuluna başlayıb. Şirkətdən verilən məlumata görə, təqribən 400 təcrübəli avtobus sürücüsünün işə götürülməsi planlaşdırılır. Namizədlərdən 30-55 yaşında olmaları, azı 5 il avtobus sürücüsü kimi iş təcrübəsi, “C” və “D” kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur. “Baku Bus” MMC-də çalışan avtobus sürücüləri ilkin olaraq 700 manat maaş alacaqlar. Sonradan bu məbləğ artacaq. Sürücülərdən gündəlik plan da tələb olunmayacaq. Çünki, avtobuslarda ödəniş kart sistemi ilə, validatorların köməyi ilə həyata keçiriləcək.

“Baku Bus” MMC-də sürücülərin iş rejimi daha rahat olacaq. Sürücülər "4 gün iş, 1 gün istirahət" sxemi ilə çalışacaqlar. 4 iş günündən 2-də iş vaxtı səhər saat 6-dan günortadan 15-dək, digər 2 gün ərzində isə saat 15-dən 24-dək olacaq. Qeyd edək ki, “Baku Bus” MMC Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb. “Baku Bus” MMC-ə məxsus 150 avtobus Fransa istehsalı olan “İveco” markalı avtobuslardır. Onlar Azərbaycan büdcəsinə 68 milyon ABŞ dollarına başa gəlib.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam