Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müəllimlərin maaşı artacaq

 

"Bakıda növbəti maliyyə ilində sınaq qiymətləndirilməsindən keçmiş hər bir müəllim bunun nəticələrini özünün əməkhaqqında hiss edəcək. Sınaq qiymətləndirilməsi keçirilməyən regionlarda müəllimlərin əməkhaqlarının artırılması məsələsi gündəmdə olmayacaq". 

  "Xeberinfo.com":Məlumata görə, Trend xəbər verir ki, bunu Bakı şəhərinin təhsil işçilərinin sentyabr konfransında çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, məktəb direktorunun vəzifələrindən biri məktəbdə dərs yükü bölgüsünün aparılması və optimallaşdırılmasına çalışmasıdır, lakin hazırkı mənzərə fərqlidir: "Belə ki, bir çox müəllimlərin dərs yükü 1 stavkadan da aşağıdır. Belə olan halda əməkhaqqının artırılmasının nə faydası? Ona görə də biz onun tərəfdarıyıq ki, əvvəlcədən dərs yükü optimallaşdırılsın, reallığı əks etdirsin. Bunun ardınca dərs saatının pul dəyəri qalxsın. Sınaq qiymətləndirilmə bununla bağlı ilk addım idi".

Artıq Bakıda müəllimlərin sınaq qiymətləndirilməsinin başa çatdığını deyən nazirin sözlərinə görə, sınaq qiymətlədirilmədə müəllimlərin 14 faizi aşağı, 64 faizi qənaətbəxş, 18 faizi isə yüksək nəticə toplayıb. Bu nəticələti çox vacib sayan M.Cabbarov bildirib ki, hər bir müəllimin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq qərarların qəbul olunması üçün bu nəticələr çox vacibdir: " Məsələn, dərs bölgüsü, sinif rəhbərliyi, müəllimlərin vəzifədə irəli çəkilməsi kimi məsələlərdə sınaq qiymətləndirilmənin nəticələri nəzərə alına bilər. Hesab edirəm ki, nəzərə alınmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam