Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azad Rəhimov Fələstindədir

 

Fevralın 6-dan başlayaraq Fələstin Dövlətində “Qüds - 2018-ci il İslam Əməkdaşlıq Təşkilatı Gənclərinin Paytaxtı” mövzusunda konfrans başlayıb

 

Yenixeber.org: Bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanı bu tədbirdə gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransın açılışı zamanı Mərakeş, Bəhreyn krallığı, Küveyt, Pakistan, Qətər, İordaniya, Türkiyə və digər ölkələrin idmana məsul nazirləri çıxış ediblər.

Açılış mərasiminin sonunda Fələstin Dövlətinin prezidenti Mahmud Abbasın çıxışı dinlənilib.

“Qüds - 2018-ci il İslam Əməkdaşlıq Təşkilatı Gənclərinin Paytaxtı” konfransının açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda həyata keçirilən gənclər və idman siyasəti, bu istiqamətdə qəbul olunmuş Dövlət Proqramları, ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi mötəbər tədbirlər, layihələr haqqında məlumat verib. Nazir eyni zamanda islam dünyası gənclərinin bəşəriyyətdə sülhün inkişafına, insanlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə müsbət təsir gəstərəcəyini xüsusi olaraq diqqətə çatdırıb.

Nazir Azad Rəhimov tədbir zamanı müxtəlif ölkələrin idmana məsul nazirlərini bu ilin aprel ayında Bakıda keçiriləcək Gənclər və idman sahələrinə məsul nazirlərin 4-cü İslam Konfransına dəvət edib.

İl boyu planlaşdırılan proqramlar Qüdsün tarixinə dair biliklərin beynəlxalq aləmdə artırılmasına kömək edəcək, müsəlman ölkələrinin gəncləri arasında əməkdaşlıq, birgə iş və dostluq münasibətlərinin möhkəmlənməsinə yardımçı olacaqdır.

 

İki gün davam edəcək konfrans bu gun öz işini yekunlaşdırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam