Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Müsəlman gənclərin xilas edilməsi üçün yeni strategiya qəbul olundu

Müsəlman gənclərin xilas edilməsi üçün yeni strategiya qəbul olundu - İstanbuldan reportaj

 

 

İslam ölkələrinin gənclər siyasətini Türkiyə həyata keçirəcək; yoxsulluq və təhsilsizlik nəticəsində radikal dini qrupların, terror təşkilatlarının cənginə düşən müsəlman gənclərinin xilas edilməsi üçün İƏT ölkələri yeni strategiya qəbul etdi.
Xeberinfo.com:  Xəbər verdiyimiz kimi, oktyabrın 5-7 arası İstanbulda İslam Əməkdaşlıq Təşkilatı üzv ölkələrin Gənclər və İdman nazirlərinin 3-cü konfransı keçirildi. Konfransın işində iştirak edən müsavat.com əməkdaşı bildirir ki, oktyabrın 7-də konfransın sonuncu iş günü oldu və nazirlər bir sıra sənədləri qəbul etdilər. Sənədlərin qəbulu prosesi ciddi polemika və müzakirələrə səbəb olsa da, nəticədə ortaq rəyə gəlmək mümkün oldu. 
İstanbul toplantısında İslam Əməkdaşlıq Təşkilatı tarixində ilk dəfə olaraq gənclər və idman sahəsində mühüm işlər görmək üçün imkanlar yaradan addımlar atıldı. Yekun toplantıda gənclik siyasəti üzrə İstanbul Deklarasiyası, İƏT Gənclər və İdman nazirlərinin Birgə Fəaliyyət Planı, İƏT İdman Strategiyası, o cümlədən gələcək 10 ildə İslam ölkələri gənclik siyasətlərini formalaşdıracaq İƏT Gənclər Strategiyası sənəd olaraq qəbul edildi. 
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu tərəfindən hazırlanmış İƏT Gənclər Strategiyası elm, təhsil, ictimai aktivlik, insan haqları, orta biznesin inkişafı, təkfirçiliyə qarşı mübarizə kimi sahələrlə yanaşı, İƏT Gənclər Mərkəzləri, İƏT Gənclər Vəqfləri (Xeyriyyə Təşkilatları) yaradılmasını da nəzərdə tutur. İƏT Gənclər Strategiyası İslam ölkələri arasında gənclər siyasətinin qarşılıqlı əməkdaşlıq və vahid platforma əsasında aparılmasını nəzərdə tutan ilk belə sənəddir.
Bundan başqa, qəbul olunan qərarlardan biri də İƏT ölkələri Gənclər Vəqfinin yaradılmasını, üzv ölkələrdə, o cümlədən dünyadakı müsəlman gənclərin təhsil və idman sahəsində dəstəklənməsini nəzərdə tutur. 
Gənclər Strategiyasının həyata keçirilməsi ilə bağlı İƏT Gənclər və İdman Nazirləri Şurasının yaradılması haqda qərar qəbul olundu. Nazirlər Şurasının effektiv və davamlı  fəaliyyəti üçün Şuranın Daimi Katibliyinin də yaradılması haqda qərar qəbul olundu. İƏT arealında gənclər siyasəti sahəsindəki çoxillik fəaliyyət təcrübəsi nəzərə alınaraq, Sessiyasının  qətnaməsi ilə  Nazirlər Şurasının Daimi Katibliyi funksiyaları İƏT Gənclər Forumuna həvalə edildi. 
2017-ci il üçün İslam ölkələri Gənclik Paytaxtları olaraq Malaziyanın Putracaya, İranın Şiraz şəhərləri seçildi və bu haqda İƏT Gənclər Forumu ilə həmin ölkələrin Gənclər Nazirlikləri arasında təntənəli mərasimdə müvafiq protokollar imzalandı.
 
Qeyd edək ki, konfransda Bakıya xüsusi önəm verildi. Gələn il keçiriləcək İslam Həmrəyliyi Oyunlarına görə Azərbaycana təşəkkür edildi. Həmçinin, Konfransın qəbul etdiyi qərara əsasən İƏT ölkələri Gənclər və İdman nazirlərinin 4-cü toplantısının 2018-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olundu. Çıxış edən bütün diplomatlar və hökumət rəsmiləri qeyd etdilər ki, müsəlman dünyasında əsas problemin işsizlik, yoxsulluq və bunun nəticəsində gənclərin radikal dini qrupların, terror təşkilatlarının təsiri altına düşməsidir. Qəbul olunan yeni strategiya və fəaliyyət planları İƏT üzvü ölkələrdə bu problemin aradan qaldırılması, idmanın inkişafı, gənclərin təhsil, işsizlik kimi əsas problemlərinin həllini sürətləndirməyə hesablanıb. Bu mövzuda İslam İnkişaf Bankı dəstəyini bildirdi. Eyni zamanda təşəbbüsü Türkiyə ələ alaraq gənclər siyasətini Türkiyə üzərindən həyata keçirəcək. 
3 günlük konfrans haqda daha geniş reportajı təqdim edəcəyik. Ancaq qeyd edək ki, sözügedən qərarların qəbulu konfrans prosesində ciddi müzakirə və diplomatik danışıqlar nəticəsində mümkün oldu. Bir sıra ölkələr İƏT ölkələrində gənclər və idman təşəbbüsünün Türkiyəyə keçməsinə açıq və ya gizli şəkildə mane olmağa çalışsalar da, Türkiyə və Azərbaycan nümayəndə heyətlərinin səyi nəticəsində qərarlar qəbul olundu. (Musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam