Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

DTX-nın həbs etdiyi gömrük əməkdaşı və digərlərinə hökm oxunub

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycandan Türkiyəyə 130 min manat dəyərində qızıl-zinət aşyaları və 190 min dollar pulu qaçaqmalçılıq yolu ilə aparmaqda təqsirləndirilən dəstə üzvləri - İlqar Əbilov, Elvin Yusubov, Rəşad Nəsibov və Kamran Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb

 

Yenixeber.org: Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü Kamran Əhmədov 5 il 6 ay, Rəşad Nəsirov, İlqar Əbilov və Elvin Yaqubovun isə hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında İlqar Əbilov, Elvin Yusubov, Rəşad Nəsibovun hər birini. 6 il 6 ay və Kamran Əhmədovun isə 7 il müdddətinə azadlıqdan məhrum edlməsini istəmişdi.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətlərinin yaydığı məlumata əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2017-ci il martın 8-də həyata keçirilmiş birgə tədbirlər nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə külli miqdarda, yəni 190 min ABŞ dolları məbləğində xarici valyuta və 132.207,52 manat dəyərində ümumi çəkisi 2 kq 279,44 qram təşkil edən 5 ədəd qızıl külçələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirərək Heydər Əliyev Beynəlxalq Hava Limanından təyyarə ilə Azərbaycandan Türkiyəyə aparmaq istəyən Azərbaycan vətəndaşları Elvin Yusubov, Rəşad Nəsibov, İlqar Əbilov və onlarla əlbir olan gömrük əməkdaşı Kamran Əhmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Daha sonra onların barələrində həbs qətimkan tədbiri seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam