Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Ermənilərə növbəti zərbə məhvedici olacaq”





   Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq yolu ilə vətəndaşların külli miqdarda əmlakını ələ keçirməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

   "Xeberinfo.com": APA-ya istinadən xəbər verir ki, prosesdə hökm oxunub. Hökmə əsasən, Bəhruz Baxşıyev 10 il, İlqar Məmmədov 9 il, Rəşad Həsənov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, təqsirləndirilən şəxslər - Bəhruz Baxşıyev, İsa Əkbərov, İlqar Məmmədov və Rəşad Həsənov əlbir olaraq vətəndaşları ali məktəblərə düzəltmək adı ilə dələduzluq ediblər. Bundan başqa, İlqar Məmmədov Bakı şəhərində inşa edilən çoxmərtəbəli binaların tikintisi üzrə komissiyanın sədri kimi təqdim edərək, Rəşad Həsənovla cinayət əlaqəsinə girib. Onlar şəhid ailələri, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və əlil insanları mənzillə təmin etmək adı ilə aldadıblar. Həmçinin İlqar Məmmədov Ülvi Əliyev və Lütfü Əliyevə bıçaqla xəsarət yetirməkdə təqsirli bilinir. 

Qeyd edək ki, təqsirləndirilən İlqar Məmmədov ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadələrində Azərbaycan Xalq Respublikaçıları Partiyasının sədri olduğunu və Azərbaycan Beynəlxalq Universitetində (ABU) beynəlxalq hüquqdan dərs dediyini bildirib. 

Onu da əlavə edək ki, təqsirləndirilən İ. Əkbərov xəstə olduğu üçün onun cinayət işi ayrıca icraata verilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam