Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Deputatın adı “paralel hökumət”də hallandı

 

Millət vəkili Fazil Mustafanın Türkiyə televiziyalarının birində “Paralel hökumət”lə bağlı efirə gedən verilişlərdə adı hallanıb. 

 

“Xeberinfo.com”:Məlumata görə, deputat bu barədə şəxsi facebook səhifəsində yazıb:

“Dostlardan biri zəng edib bildirdi ki, dünən Türkiyənin Kanal A kanalında bir proqramında iştirak edən Ələsgər soyadında bir Azərbaycandan olan "ilahiyyatçı" (söylədiyinə görə şişman, 35-40 yaşlarında birisi) Türkiyədə məşhur bir ifadə olan Paralel Yapı mövzusuna toxunarkən Azərbaycanda bu yapını dəstəkləyən əsas şəxslərdən biri olaraq mənim adımı çəkib. Bu və ya gələcəkdə bu mövzuda danışmaq istəyən bütün geri zəkalılara bir məsələni çatdırmaq istəyirəm ki, Türkiyə daxilində baş verən proseslər mənim maraq dairəmdə deyil və hər hansı bir Yapını dəstəkləmək barədə də hansısa bir açıqlama verməmişəm”.

Türk məktəblərinin bağlanması xəbərinə bir daha mövqeyini bildirən Fazil Mustafa həmin xəbəri yayan şəxslərə səslənib:

“Qaldı ki, Türk məktəblərinin bağlanması məsələsinə etiraz etməyimə, bu da sırf Azərbaycan maraqlarını düşünərək atılan addım idi. Artıq bu məktəblərin başqa bir adla yoluna davam etməsi onu göstərdi ki, Azərbaycan hakimiyyətində də məktəblərin bağlanması addımının faydalı olmadığı qənaəti yarandı. Bu Ələsgəri tanıyan varsa, söyləsin ki, Türkiyə kanallarını gəzib işverənlik etməyə gərək yox. Bizim içimizdə Türkiyə sevgisi doğulanda meydanda nə Yapı varıydı, nə də AKP. Bundan sonra da milliyətçili, solçulu, islamçılı, camaatlı bütöv Türkiyə tablosu üzərindən prossesləri dəyərləndirəcəyik”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam