Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türk deputatlardan Azərbaycana "xəyanət"

 

"Dünən AŞPA-da millət vəkili Elxan Süleymanovun böyük zəhmət bahasına gündəmə gətirdiyi Ermənistanın Azərbaycan torpaqlarını işğalı faktını sənədlərlə təsdiqləyən Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbul olunması ciddi uğur sayıla bilər".

 

Xeberinfo.com:   Məlumata görə, bunu deputat Fazil Mustafa sosial şəbədəki statusunda yazıb.

O, "Feysbuk"dakı səhifəsində AŞPA-dakı gərgin müzakirə ilə bağlı daha önəmli bir məsələyə diqqət çəkib: “Avropa prezidentləri, Minsk Qrupuna həmsədrlik edən Rusiya, ABŞ və Fransanın bütün strukturlarının təhdid və təzyiqləri çox ciddi rol oynadı və bu ölkələrdən olan xeyli deputatın səsvermədə iştirak etməməsinə səbəb oldu. Bildiyiniz kimi, hansısa kiçik detallara görə heç vaxt Türkiyəni qınamamışam. Çünki ən ağır zamanlarda ölkəmizin yanında duracaq tək ölkə Türkiyə olacaq. Ona görə də bu yazacaqlarım qətiyyən Türkiyənin əleyhinə mövqe kimi anlaşılmasın. Sadəcə, qısa bir epizod olaraq türk məsuliyyətsizliyindən yazmaq istəyirəm.

Demək, Uolterin məruzəsində 66 lehimizə, 70 əleyhimizə oldu. Türkiyə nümayəndə heyəti 18 nəfərdən ibarət idi. Bunlardan 2 nəfər PKK-nı dəstəkləyən partiyadan olduğuna görə ermənilərə simpatiya duymaları təbiidir. Məhz 16 nəfərin hamısı səs versəydi, qətnamə qəbul olunurdu. Cəmi 12 nəfər lehimizə səs verdi. AKP-dən 2, CHP-dən də 2 nəfər səsvermədə iştirak etmədi. Bu 4 səs nəticəyə ciddi təsir etdi. AKP-dən hətta nümayəndə heyətinin rəhbəri səsvermədə iştirak etmədi. Halbuki iki gün öncədən hər biri ilə fərdi qaydada danışmışdıq ki, bu soyqırım qədər əhəmiyyətli məsələdir və Azərbaycanla yanaşı, Türkiyəyə də ciddi arqument verəcək”.

Deputatın sözlərinə görə, Türkiyə rəsmiləri bu məsuliyyətsizliyin izahını verəcəklər: “Beynəlxalq arenada soyqırım məsələsində türkləri ermənilərə uduzduran məhz türk məsuliyyətsizliyidir. Çox üzücüdür, ancaq bunları bölüşmək türk milləti olaraq nöqsanlarımızı görmək baxımından faydalıdır. Bu arada hər iki qətnamə layihəsini dəstəkləmiş Türkiyə, Ukrayna, Gürcüstan, Moldova, Macarıstan və başqa ölkələrdən olan deputatlara öz təşəkkürümü bildirməyi borc hesab edirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam