Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Saakaşvilinin kitabının təqdimatı baş tutmadı-Yerevanda


Yenixeber.org: Ermənistanın paytaxtı Yerevanda Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin müəllifi olduğu “Gücün oyanması” adlı kitabının təqdimatı ləğv edilib. 

 “Sputnik Armeniya”nın məlumatına görə, tədbirin keçiriləcəyi Yeqişe Çarentsin ev-muzeyindən bildirilib ki, tədbir texniki səbəbdən ləğv olunub. 

Məlumata görə,  təqdimatın təşkilinə dair razılıq ev-muzeyinin nümayəndələri ilə yanvarın 25-də əldə olunsa da, bir gün sonra tədbirin texniki səbəbdən ləğv olunduğu bildirilib. 

“Sputnik Armeniya”nın məlumatına görə, həm Ermənistanda, həm də Gürcüstanda sosial şəbəkə istifadəçiləri təqdimatın  siyasi səbəblərdən ləğv olunduğunu iddia edir.    

Belə ki,  istifadəçilər kitabın üz qabığının şəklini sosial şəbəkələrdə paylaşaraq təqdimata  Ermənistan Mədəniyyət Nazirliyi tərəfindən yasaq qoyulduğunu iddia ediblər. Nazirlik, öz növbəsində, insidentlə əlaqəli olmadığını iddia edib. 

Kitabın tərcüməçisi Naapetyan “Facebook” hesabında təqdimatın ləğv olunmasının əsl səbəbindən xəbərsiz olduğunu bildirib. 

“Gücün oyanması” adlı kitabın təqdimatının növbəti tarixi fevralın 7-nə təyin olunub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam