Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Afrin kürdləri Əsədi köməyə çağırırlar

 

Afrin kürdləri Əsədi köməyə çağırırlar

"The Guardian" yazır ki, Suriyanın Afrin anklavında Türkiyə qoşunlarına qarşı döyüşən kürd silahlıları prezident Bəşər əl-Əsədi köməyə çağırıblar və ondan ölkəsinin sərhədlərini qorumasını istəyirlər

 

Yenixeber.org: Türkiyənin Afrinə hücum əməliyyatının başlanmasından bir həftə sonraya təsadüf edən bu hadisə, kürdlərin muxtariyyət arzularına son qoysa da, Ankara və Dəməşq arasında birbaşa qarşıdurmanın başlanğıcı ola bilər.

Bu həm də ABŞ tərəfindən dəstəklənən kürd qüvvələri ilə, Amerikanın hakimiyyətdən getməsini tələb etdiyi Əsəd arasında yeni alyansın yaranmasına yol aça bilər.

Afrin anklavının yerli muxtar kürd hökumətinin ötən cümə axşamı günü verdiyi bəyanatda deyilir:

"Biz Afrini vəhşi xarici hücumdan qorumaqda və Türkiyənin işğal cəhdlərinə sinə gərməkdə davam etmək əzmində olduğumuzu bildirməklə yanaşı, Suriya dövlətini buraya dəvət edirik ki, Afrindəki suveren hüquqlarına sahiblik etsin və özünün Türkiyə ilə sərhədini qorusun".

Ankara Afrin bölgəsindəki kürd YPG birləşmələrinin buradan vurub çıxarılması məqsədilə hərbi müdaxiləsinə ötən şənbə günü başlayıb.

Türkiyə, Suriya kürdlərinin Xalq Müdafiə Birliyi - YPG-ni Kürdüstan İşçi Partiyası ilə əlaqədə ittiham edir. PKK Türkiyədə, Avropa və ABŞ-da terrorçu qruplaşmalar siyahısına salınıb.

Ankara Afrin üzərinə hücum qərarını ABŞ Suriyanın şimalında 30 minlik sərhəd təhlükəsizliyi qüvvəsi yaratmaq planlarını açıqladıqdan sonra qəbul edib.

Plana görə, bu qüvvənin böyük əksəriyyətini kürd silahlı dəstələri təşkil etməli idi. Türkiyə hadisələrin belə inkişafında özünün milli təhlükəsizliyinə hədə görür.

"The Guardian" yazır ki, Türkiyənin Xarici İşlər Nazirliyi kürdlərin Əsəd hökumətinə kömək üçün müraciəti və ya Türkiyənin Dəməşqə qarşı döyüşmək niyyətində olub-olmadığı barədə sualları cavablandırmaqdan imtina edib.

Suriya hökuməti də bu barədə heç bir şərh verməyib, lakin Türkiyənin Afrinə hücumunu özünün ərazi bütövlüyünə və suverenliyinə qəsd kimi pisləyib.

Məqalədə deyilir ki, Afrindəki kürdlərin kömək üçün Dəməşqə müraciəti Suriya böhranında tamamilə yeni mərhələ ola bilər.

YPG və onun siyasi qolu sayılan PYD uzun müddətdir ki, Suriyanın şimalında muxtariyyət qurmaq niyyətlərini bəyan edir. Buna görə də indi YPG-nin Əsəd hökumətinə müraciəti muxtariyyət niyyətindən geri çəkilmək kimi də qiymətləndirilə bilər.

"The Guardian" yazır ki, YPG indiyədək özünü anti-Əsəd qüvvə kimi təqdim edib və bəyan edib ki, Dəməşq Suriya kürdlərinə qarşı ayrı-seçkiçilik siyasəti yürüdür.

Suriya kürdləri gileylənirdilər ki, Suriya dövləti onlara kimlik sənədləri vermir və başqa hüquqlarını pozur. Lakin burası da var ki, YPG və PYD zaman-zaman Dəməşq hökuməti ilə yaxın əməkdaşlıqda ittiham edilib.

Afrinlilərin Əsədə müraciəti həm də onu göstərir ki, kürdlər ABŞ və Rusiyanın Türkiyənin qarşısını ala bilməməsindən qəzəblidirlər.

Raqqanın alınmasında YPG qüvvələrindən istifadə etmiş ABŞ Türkiyəni təmkinə çağırmaqdan başqa heç nə edə bilməyib.

Suriya kürdləri ilə ara-sıra əməkdaşlıq edən Moskva, onların danışıqlar masası arxasında yerinin olduğunu bildirsə də, Türkiyənin Afrinə hücumu üçün hava məkanını açıb.

"The Guardian" yazır ki, Suriya hökumətinin kürdlərin bu çağırışına cavab verib-verməyəcəyi və Türkiyənin Əsəd müdaxilə edərsə, hücumu dayandırıb-dayandırmayacağı hələlik bilinmir.

Lakin hadisələrin belə inkişafının Suriya münaqişəsini daha da mürəkkəbləşdirəcəyi şübhəsizdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam