Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

AŞPA-nın payız sessiyası başlayır

Bu gün AŞPA-nın payız sessiyası başlayır.

Xeberinfo.com:   Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun payız sessiyasında iştirak etmək üçün Fransanın Strasburq şəhərində səfər ediblər. Nümayəndə heyətinə deputatlar Vüsal Hüseynov, Qənirə Paşayeva, Rövşən Rzayev, Sahibə Qafarova, Rafael Hüseynov, Elxan Süleymanov, Sevinc Fətəliyeva, Müslüm Məmmədov, Fazil Mustafa və Sabir Hacıyev daxildirlər.


AŞPA-nın iclasları 5 gün davam edəcək, bir sıra aktual məsələlərə baxılacaq. Öncə bu ilin 15 iyulunda Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddən sonrakı vəziyyət ətrafında fikir mübadiləsi aparılacaq. AŞPA-nın son 6 aydakı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının isə 2015-2016-cı illərdəki fəaliyyətinə dair məruzələr dinləniləcək. Belarusda və İordaniyada keçirilmiş son parlament seçkiləri müzakirə olunacaq. Hakimlərin seçkisinə dair səsvermə zamanı Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanı təmsil edəcək hakimə də münasibət bildiriləcək. 

Müzakirələrdə sosial ədalətin təmin edilməsi, hər kəs üçün idman, qadınların problemləri, uşaq hüquqlarının müxtəlif məqamları, Ukraynadakı böhranın siyasi nəticələri, Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq, Avropa əhalisinin dinamikasının miqrasiya siyasətinə təsirləri və s. kimi aktual mövzular gündəmdə olacaq. Milli Məclisin deputatları iclaslarda fəal iştirak edəcək, baxılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.

Qeyd edək ki, AŞPA sessiyası işinə oktyabrın 14-də yekun vuracaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam