Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərsu”da müəmmalı istefa:Vitse-prezident...

“Azərsu”da müəmmalı istefa:

 

Azərsu ASC-də gözlənilməz kadr dəyişikliyi baş verib

 

Yenixeber.org: Qurumun vitse-prezidenti Mahir Məmmədov istefa ərizəsini təqdim edərək, işdən ayrılmaq istədiyini bildirib.

Bu barədə açıqlamasında Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. O, bildirib ki, vitse-prezident Mahir Məmmədov ötən həftənin sonu öz istefa ərizəsini rəhbərliyə təqdim edib:

“Vitse-prezident Mahir Məmmədov öz istəyi ilə işdən ayrılıb. Keçən həftənin sonu sədr Qorxmaz Hüseynova istefa ərizəsini təqdim edərək, işdən ayrılmaq istədiyini bildirib. Hansı səbəbdən ayrılmaq istəməsi haqqında dəqiq məlumatımız yoxdur. Yeni təyinatın olacağına gəldikdə isə bu haqda mediaya məlumat veriləcək”.

Məlumat üçün bildirək ki, M.Məmmədov əvvəllər ASC-nin maliyyə məsələləri üzrə vitse-prezidenti, sonradan isə nəqliyyat üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam