Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AŞPA-nın yeni prezidenti məlum olub

 

 

Quruma italiyalı deputat Mikele Nikoletti rəhbərlik edəcək

 İtaliyalı deputat Mikele Nikoletti Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) yeni prezidenti vəzifəsinə təsdiq edilib.

Yenixeber.org: Məlumata görə, o, bu posta AŞPA-nın yanvarın 22-də Strasburqda başlayan qış sessiyasının ilk günündə təsdiq olunub.

M.Nikoletti bu vəzifəyə yeganə namizəd olub və bu səbəbdən səsvermə keçirilməyib. 

Qeyd edək ki, Mikele Nikoletti 19 noyabr 1956-cı ildə İtaliyanın Trente şəhərində anadan olub. O, Trente, İnnsburck və Boloniya universitetlərində elmi tədqiqat işləri aparıb, fəxri müəllim vəzifəsində çalışıb. Boloniya Universitetinin doktorudur. Onun elmi işləri siyasətin nəzəriyyəsi və etikasına həsr edilib. 

M.Nikoletti İtaliyanın AŞPA-dakı nümayəndə heyətinin və sosialistlər qrupunun rəhbəridir. O, 2013-cü ildən Parlament Assambleyasının üzvüdür. 2014-cü ildən AŞPA-da İtaliyanın nümayəndə heyətinə rəhbərlik edir, 2016-cı ildən isə Sosialistlər Qrupunun rəhbəridir.

Qeyd edək ki, ötən il oktyabrın 6-da Pedro Aqramunt səhhətində yaranan problemlə əlaqədar AŞPA prezidenti vəzifəsindən könüllü istefa verib. (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam