Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Pedro Aqramunt AŞPA-nın sədri seçilib

 

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının plenar iclasında ispaniyalı Pedro Aqramunt AŞPA-nın sədri vəzifəsinə seçilib. 

 
Xeberinfo.com:  Məlumata görə, P. Aqramunt AŞPA-da Avropa Xalq Partiyası qrupunun sədri olub. Assambleya sədri vəzifəsinə namizədlər qurumdakı siyasi fraksiyalar tərəfindən irəli sürülür. Siyasi qruplar arasında razılaşdırılmış rotasiya prinsipinə dair “centlmen sövdələşməsi”nə əsasən bu dəfə növbə Pedro Aqramuntun rəhbərlik etdiyi Avropa Xalq Partiyası Qrupunun idi. Onun bu vəzifəyə namizədliyi ötən il öz qrupu tərəfindən irəli sürülüb.
 
Qeyd edək ki, İspaniyanın Valensiya bölgəsindən deputat seçilmiş senator Pedro Aqramunt 2000-ci ildən etibarən AŞPA-da təmsil olunur. O, bu illər ərzində müxtəlif vaxtlarda assambleya daxilində komitə sədri vəzifələrində çalışıb, bir çox hesabatlar hazırlayıb və eyni zamanda, uzun illər Azərbaycan üzrə həmməruzəçi vəzifəsində çalışıb. P. Aqramunt AŞPA-da fəal parlamentarlardan hesab olunur. 
 
P. Aqramunt bu vəzifədə mandatı 2017-ci ildə bir dəfə yenilənməklə, 2018-ci ilin yanvar ayına qədər fəaliyyət göstərəcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam