Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nümayəndə heyətinin rəhbəri:"Qarabağ münaqişəsi ilə bağlı reallıqları saxtalaşdırmağa çalışanlar buna nail ola bilməyəcəklər"

 

 

Akif Çağatay Kılıç: Bu günün aktual məsələsi isə bu gerçəklərin qəbul etdirilməsidirTürkiyənin AŞPA-da nümayəndə heyətinin rəhbəri, deputat Akif Çağatay Kılıç

 Yenixeber.org: "İtaliyalı deputat Mikele Nikolettinin Avropa ŞurasıParlament Assambleyasının prezidenti seçilməsi həm Türkiyə, həm də Azərbaycan üçün yalnız uğurlu ola bilər".

Bunu Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Akif Çağatay Kılıç bildirib.

Türkiyəli parlamentari deyib ki, M.Nikolettinin bu vəzifənin öhdəsindən gələcəyinə şübhə etmir: "O, AŞPA-da uzun illik təcrübəyə malikdir və bir sıra missiyalar həyata keçirdib. Digər müsbət tərəf isə əslən italyan mənşəli olması, beləliklə, xarakter və mentalitet baxımından bizə daha yaxın olmasıdır. Həqiqətən də keçirdiyimiz görüşlərdən belə nəticəyə gəlmək olar ki, Mikele Nikoletti dünyagörüşlü, müdrük bir rəhbər olacaq. Onunla uğurlu dialoq qura bilmişik. O, bizi tanıyır, biz onu tanıyırıq. Hesab edirəm ki, onun AŞPA prezidenti seçilməsi həm Türkiyə, həm də Azərbaycan üçün yalnız uğurlu ola bilər".

Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Ç.Kılıç bildirib ki, münaqişə ilə bağlı reallıqlar göz qabağındadır: "Bu gerçəklikləri heç kim inkar edə bilməz. Bu reallıqları saxtalaşdırmağa çalışanlar buna nail ola bilməyəcəklər, çünki artıq hamı həqiqəti bilir. Bu günün aktual məsələsi isə bu gerçəklərin qəbul etdirilməsidir. Biz Dağlıq Qarabağ məsələsində bu günə qədər olduğu kimi, bundan sonra da AŞPA çərçivəsində azərbaycanlı deputatlarla birgə fəaliyyət göstərəcəyik".(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam