Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezidentin bu fərmanı şirkətlərin işinə yaradı- Foto

Prezidentin bu fərmanı şirkətlərin işinə yaradı

 

 

Prezident İlham Əliyevin “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” imzaladığı fərman reklam şirkətlərinin işinə yarayıb

 

Yenixeber.org: Fərmandan sonra bir çox qapalı məkanda tütün məhsullarının istifadəsinin qadağan edilməsini göstərən “siqaret çəkmək qadağandır” yazılı reklam lövhələrinə tələbat artıb.

Reklam şirkətlərinin sosial şəbəkələrdə paylaşdığı məlumata görə, artıq bir çox restoran, kafe, obyekt sahibləri “siqaret çəkmək qadağandır” yazılmış lövhələr sifariş verməyə başlayıb.

Qeyd edək ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” fərmana görə, təhsil və tərbiyə müəssisələri, onların ərazilərində, idman yarışları keçirildiyi zallarda, restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində, ticarət obyektləri, məişət obyektləri, sosial xidmət müəssisələrində, teatr və kinoteatrlarda, sirk binaları, sərgi və nümayiş salonlarında, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektlərində, uşaq meydançaları, yerüstü qapalı və yeraltı piyada keçidlərində, metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonlarında, qapalı avtobus dayanacaq məntəqələri, liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində, taksofonlar və yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə siqaret çəkmək qadağan edilib.

İnzibati Xətalar Məcəlləsinin 212.1. maddəsinə əsasən, qadağan edilmiş yerlərdə siqaret çəkən şəxslər otuz manat məbləğində cərimələnəcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam