Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Bu yerlərdə siqaret çəkmək qadağan olundu –SİYAHI

Azərbaycanda siqaret və digər tütün məmulatlarından istifadənin qadağan olunacağı yerlərin siyahısı açıqlanıb.

Yenixeber.org:  Bu, yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin son variantında əksini tapıb.

Qanun layihəsinin 10-cu (Tütün çəkilməsinə icazə verilməyən yerlər) maddəsinə görə, həmin yerlər bunlardır:

– təhsil və tərbiyə müəssisələri, onların əraziləri;

– səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq);

– mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);

– idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar;

– restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla)

– ticarət obyektləri;

– məişət obyektləri;

– sosial xidmət müəssisələri;

– yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir);

– teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;

– uşaq meydançaları;

– yerüstü qapalı və yeraltı piyada keçidləri;

– müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillər;

– metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları;

– hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla). Su nəqliyyatı vasitələri (xüsusi ayrılmış yerlər istisna olmaqla);

– tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələri;

– liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlər;

– taksofonlar;

– yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələr;

Maddədə  o da göstərilir ki, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilat rəhbərləri tütün çəkmək üçün xüsusi yerlər ayrılmasını, bu yerlərdən kənarda tütün çəkilməsinin qadağan olunmasını yuxarıda sadalanan qadağan olunmuş yerlərdə “tütün çəkmək qadağandır!”yazısının və ya işarəsinin olmasını təmin etməlidir. Tütün çəkmək üçün ayrılmış yerlər sanitar-gigiyenik normaların tələblərinə cavab verən şəkildə təchiz edilməlidir.

Qeyd edək ki, qanun layihəsinin əvvəlki adı ("Tütün və tütün məmulatlarının qadağası haqqında" qanun layihəsi) dəyişdirilib və yeni formada verilib.

Layihə uzun müddət müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 14-də müzakirəyə çıxarılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam