Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Quli rus mafiyası liderliyinə can atır:Yeni kriminal savaş

Quli rus mafiyası liderliyinə can atır:

 

 

Qanuni oğru Nadir Səlifov (Lotu Quli) öz klanını formalaşdırmağa başlayıb

 

Yenixeber.org: Bu barədə informasiyanı “Rosbalt” agentliyi yayıb. Agentlik artıq Səlifovun rus mafiyası liderliyinə namizəd olduğunu bəyan etdiyini bildirib. Səlifov artıq Rusiyaya geri dönməsi üçün hazırlıqlara başlayıb. Bunun üçün o, Moskvaya öz nümayəndəsi qismində qardaşı Namiq Səlifovu (Namiq Bakinski) göndərib. Bakinski artıq Rusiyadakı Azərbaycan diasporu nümayəndələrinə onlar üçün kriminal liderin kim olduğunu anlatmağa başlayıb. Böyük əksəriyyət Səlifovun hökmranlığını savaşsız qəbul etməyə başlayıb. Quliyə yeganə müqavimət göstərən məkan olaraq hələlik Kalujsk şossesindəki böyük bazar qalıb:

“Bu ərazidə Zaur və Məhərrəm adlı iki nəfər hökmranlıq edir. Zaur mərhum qanuni oğru Rövşən Canıyevin qohumu sayılır. Zaur Canıyevin ölümündən sonra Moskvadakı bir sıra obyektlərdə təsirini gücləndirib.

Məhərrəmə gəlincə isə o, əvvəllər Pokrovsk bazarının sahibi olub. Bu bazarın bağlanmasından sonra da o bu biznesdən əl çəkməyib. Rus mafiyasının lideri Zaxariya Kalaşovla münasibətlərinin yaxşı olmaması sonradan Məhərrəmin kölgəyə çəkilməsinə səbəb olub. Kalaşovun həbsindən sonra isə o geri dönüb və çox diqqət çəkməmək üçün Zaurla ittifaqa girib.

Əslində bu situasiya Qulini narahat etməyə başlayıb. Qulinin fikrincə, Rusiyada problemlərin əsas səbəbi məhz bu iki şəxsdir. Görünür tərəflər arasında bu il müharibə olacaq və bu müharibə çoxlu qurbanlara səbəb olacaq” – saytın mənbəsi bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam