Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Cavid Qurbanovun mətbuat katibi sərt danışdı

 

 

 

             
                                             “Bu nə sualdır, mənə verirsiniz?”
                  “Mənə yol infrastukturu ilə bağlı sual verin, digər məsələlərlə bağlı yox”
     Bu gün Virtualaz.org saytında “Azəryolservis” ASC-nin prezidenti, deputat Cavid Qurbanovun Miraslan Seyidov adlı Bakı sakininin ailəsini yaşadığı evdən zorla çıxarmasına dair informasiya yayılıb.
İnformasiyada qeyd olunur ki, Seyidovlar C.Qurbanovun təzyiqləri qarşısında qalan, lakin öz evini tərk etmək istəməyən sonuncu ailədir. Onların evi Azərbaycan
Voleybol Federasiyasının binasının arxasında yerləşir. Seyidovun vəkili bildirib ki, Seyidovlar ailəsinin problemləri deputat Cavid Qurbanovun həmin ərazidə otel tikdirmək istəməsindən sonra başlayıb: “Deputat burada yaşayan ailələri evlərindən köçürdü. Hamı köçdü, təkcə Seyidovlar öz evindən çıxmaq istəmədi. Bu gün səhər isə polislər Seyidovların evinə gələrək ailə üzvlərini öz evlərindən zorla köçürməyə cəhd edib. Amma ailə üzvləri öz evlərini tərk etmək istəmir”.
Editor.az yayılan məlumatlara aydınlıq gətirmək üçün “Azəryolservis” sədri, deputat Cavid Qurbanovla əlaqə saxlamağa çalışıb.
Bu mümkün olmadıqda ASC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Pünhan Mürsəliyevə müraciət edib.
Sualımıza cavabında mətbuat katibi bizi bu kimi suallarla ümumiyyətlə ona müraciət etməməyə çağırıb: “Bu nə sualdır, mənə verirsiniz? Bunun mənə aidiyyatı var. Mənə yol infrastruktu, “Azəryolservis”in fəaliyyəti ilə bağlı sual ünvanlayın”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam