Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

İlham Əliyev MDB liderlərinin görüşündə çıxış edib -Yenilənib

 

İlham Əliyev MDB liderlərinin görüşündə çıxış edib - Yenilənib

Yenixeber.org: MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü başa çatıb. Rusiya prezidentinin Novo-Oqoryovadakı iqamətgahında keçirilən görüşdə Rusiyanın 2017-ci ildə MDB-yə sədrliyinə yekun vurulub və birlik çərçivəsində müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edən Rusiya prezident Vladimir Putin Birlik ölkələrinin sosial-iqtisadi inkişafı, dövlətlərin sabitlik və təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı qərarlar üzərində bundan sonra da çalışacaqlarını bildirib: "Şadam ki, Yeni il qabağı, razılaşdığımız kimi, qeyri-rəsmi şəraitdə ötən ilə, MDB çərçivəsində birgə görülən işlərə yekun vurmağa, perspektivdəki planlar barədə danışmaq, regional və dünya gündəmini müzakirə etmək üçün toplaşmağa nail olduq". 

Rusiya prezidenti MDB ölkələrinin terrora, transsərhəd cinayətkarlıq və narkotrafikə qarşı mübarizədə əməkdaşlığı möhkəmləndirdiyini vurğulayıb.

Daha sonra digər dövlət başçıları çıxış edib.

Görüşdə Azərbaycan prezidenti İlham Əliyev də çıxış edib. MDB liderlərinin görüşü bağlı qapılar arxasında davam edib. (APA)



***
(20:45)

Rusiyanın paytaxtı Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb.

AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, görüşdə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham ƏliyevErmənistan prezidenti Serj Sarkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Moldova prezidenti İqor Dodon və Özbəkistan prezidenti Şövkət Mirziyoyev iştirak edirlər.

Dövlət başçılarının qeyri-rəsmi görüşündə müxtəlif sahələrdə münasibətlərin gələcək inkişaf perspektivlərinin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, prezidentlərin görüşü “Novo-Oqaryovo” dövlət iqamətgahında keçirilir.






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam