Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

FTX rəhbəri: "Terror təşkilatları Qafqazda fəaliyyətlərini genişləndirir"

MDB üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurası yarandığı dövrdən onun iclaslarında baxılan məsələlərin siyahısı kifayət qədər genişlənib.

Xeberinfo.com:   Məlumata görə, bu sözləri Şuranın sədri, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Şuranın Bakıda keçirilən iclasında deyib.

O bildirib ki, son dövrlər əsas diqqət terrorçuluq və ekstremizmə qarşı mübarizədə ümumi yanaşma, terrorçuluq sahəsindəki cinayətlərdə iştirakı olan şəxslərin müəyyənləşdirilməsi, axtarışı və saxlanması sahəsində birgə tədbirlərin planlaşdırılması və reallaşdırılması, informasiya sahəsinin qorunmasına yönəlib: “Bu məsələlər son zamanlar xüsusilə aktualdır. Belə ki, hazırkı geosiyasi vəziyyət təəssüf ki, mənfi ssenari üzrə inkişaf edir. MDB ölkələrinin birbaşa sərhədində yerləşən Əfqanıstan və Yaxın Şərq regionunda vəziyyət bizdə xüsusi narahatlıq yaradır. İŞİD, "Cəbhat-əl-Nüsra" kimi terror təşkilatlarının genişlənməsi bu günün reallığıdır. MDB-yə üzv və digər ölkələr üçün ən böyük təhdid mühacir terrorçuların çıxdıqları ölkələrə geri qayıtması və bu ölkələrdə aktivləşməsidir. Son vaxtlar biz Yaxın Şərq ölkələrini zəbt etmiş terror təşkilatları rəhbərlərinin öz fəaliyyətlərini Şimali Qafqaz regionunda genişləndirmək istəmələri barədə sənədlər əldə etmişik. Bizim ölkələrdən kənarda fəaliyyət göstərən beynəlxalq terror təşkilatlarının funksionerləri öz terror şəbəkələrini uzaqdan idarə edirlər.

Bunun üçün onlar bir çox vasitələrdən, o cümlədən agentlərdən, peyk əlaqə vasitələrindən, internetin imkanlarından yararlanırlar. Ona görə də hesab edirəm ki, bizim əməkdaşlığımızın effektivliyini və nəticəsini artırmaq üçün daha sıx və çoxsəviyyəli qarşılıqlı fəaliyyət həyata keçirmək, operativ fəaliyyət göstərmək, daimi informasiya mübadiləsi sahəsində yeni imkanlar axtarmaq lazımdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam