Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yanvarda maaş və pensiyalar artacaq– RƏSMİ

“2018-ci ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Statistika Komitəsindən 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempi barədə məlumat alacaq. Həmin faizə uyğun olaraq pensiyaların ümumi məbləği indeksləşdirilərək artırılacaq”.
Yenixeber.org: Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
“Artıq əmək pensiyalarının artırılmasının yeni mexanizmi ortaya qoyulub. Bildiyiniz kimi, edilmiş dəyişikliklərə görə, əmək pensiyalarının “baza hissəsi” və “sığorta hissəsi” anlayışları yoxdur. Bu anlayışlar birləşdirilib. Əmək pensiyasının artıq bütöv məbləği var və artırılma da bütöv məbləğə tətbiq olunacaq. 2018-ci ilin yanvar ayında biz Dövlət Statistika Komitəsindən 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempi barədə məlumat alacağıq. Həmin faizə uyğun olaraq pensiyaların ümumi məbləği indeksləşdirilərək artırılacaq. Əgər ölkə üzrə 2017-ci il ərzində orta aylıq nominal əməkhaqqının artım sürəti 7% olarsa, məsələn, 250 manat məbləğində pensiya alan adamın pensiyası 250 manatın 7%-i qədər artacaq ki, bu da 17,5 manat edir. Bu misalı aydınlaşdırmaq üçün çəkdim. Bu, kimlərə tətbiq olunmayacaq? Dövlət qulluqçusu, hərbi qulluqçu, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və sair bu kimi kateqoriyadan olan şəxslərə bu artım şamil olunmayacaq”, – deyə nazir bildirib.(apa)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam