Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Leonid Kalaşnikov İlham Əliyevin qəbulunda -YENİLƏNİB

Leonid Kalaşnikov İlham Əliyevin qəbulunda - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Yenixeber.org xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edildi.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin birgə komissiyasının Bakıda keçirilən iclasının bu əməkdaşlığa verdiyi töhfəni vurğuladı. Dövlətimizin başçısı parlamentlər səviyyəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bildirdi.

Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinın salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq Azərbaycana gəldiyi ilk gündən Bakıda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat doğurduğunu dedi. Dekabrın 12-də ulu öndər Heydər Əliyevin anım gününün qeyd olunacağını vurğulayan Leonid Kalaşnikov bildirdi ki, bu böyük şəxsiyyətin xatirəsi Rusiyada bu günə kimi dərin hörmətlə yad edilir.

Dövlətimizin başçısı İlham Əliyev Vyaçeslav Volodinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Dövlət Dumasının sədrinə çatdırmağı xahiş etdi

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam