Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Prezident nümayəndə heyətini qəbul edib -FOTO (Yenilənib)

 

Prezident nümayəndə heyətini qəbul edib - FOTO (Yenilənib)
Yenixeber.org: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Koreya Respublikasının Beynəlxalq Sərgilər Bürosunda nümayəndəsi, səfir Cai-Çul Çoyun başçılıq etdiyi Beynəlxalq Sərgilər Bürosunun nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinin adından çıxış edən Cai-Çul Çoy dövlətimizin başçısını ölkəmizdə keçirilən prezident seçkilərində qələbəsi və inauqurasiya mərasimi münasibətilə təbrik etdi.

Cai-Çul Çoy qeyd etdi ki, Azərbaycan kimi gözəl bir ölkəni tanımaq şansı əldə etmələrindən və burada gedən dinamik proseslərin şahidi olmalarından məmnunluq hissi keçirirlər. Cai-Çul Çoy bildirdi ki, nümayəndə heyətinin səfərinin əsas məqsədi Azərbaycanda mövcud olan şəraiti və imkanları araşdırmaqdır. Qonaq səfər zamanı ölkəmizdə bir sıra səmərəli görüşlər keçirdiklərini, bu müddət ərzində apardıqları müşahidələr nəticəsində müsbət mövqedə olduqlarını vurğuladı.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.



Azərbaycanın gənc müstəqil dövlət olduğunu deyən dövlətimizin başçısı qısa müddət ərzində siyasi, iqtisadi və sosial sahələrdə genişmiqyaslı islahatlar həyata keçirildiyini, ölkəmizin artıq uğurlu inkişaf, eləcə də siyasi, iqtisadi və dövlət quruculuğu sahələrində sürətli transformasiya nümayiş etdirməyə nail olduğunu bildirdi. Prezident İlham Əliyevqeyd etdi ki, bu illər ərzində görülən işlər göstərir ki, gənc bir dövlət çox uğurla müstəqil yaşaya və çoxlu sayda beynəlxalq tədbirlər təşkil edə bilər. Dövlətimizin başçısı Bakının artıq siyasi, mədəni və idman sahələrində bir çox mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğuladı. Prezident İlham Əliyev nümayəndə heyətinin Azərbaycana səfərinin ölkəmizlə və burada əldə olunan nailiyyətlərlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını dedi, səfərin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam