Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezident Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib

Prezident Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib

 

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

 

Yenixeber.org: Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, Rusiya Federasiyasının ayrı-ayrı regionları, o cümlədən Həştərxan vilayəti ilə əməkdaşlığın əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyi bildirilib.

Həştərxanda Azərbaycan Biznes Mərkəzinin inşa olunduğunu deyən qubernator A. Jilkin bildirib ki, bu biznes mərkəzi vilayətdə logistik qovşağın yaradılmasına xidmət edəcək. A. Jilkin Həştərxanda görülən işlərə verdikləri dəstəyə görə Azərbaycan prezidentinə, Heydər Əliyev Fonduna, Azərbaycanın I vitse-prezidenti, Fondun prezidenti Mehriban Əliyevaya, Fondun vitse-prezidenti Leyla Əliyevaya xüsusi təşəkkürünü ifadə edib.

Azərbaycanla Rusiya arasında tərəfdaşlıq münasibətlərinin, xüsusən ticari, iqtisadi və regional əməkdaşlığın genişləndirilməsi işində Həştərxan vilayətinin rolunu vurğulayan prezident İlham Əliyev bununla bağlı qubernator Aleksandr Jilkinə təşəkkürünü bildirib.

Görüşdə 2018-ci ildə Həştərxan vilayəti tərəfindən Xəzər dənizində səyahət gəmilərinin buraxılması və bunun Xəzər hövzəsi ölkələri arasında turizmin inkişafına töhfə verəcəyi qeyd olunub, Həştərxan vilayəti ilə Azərbaycan arasında nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi, Azərbaycanın kənd təsərrüfatı məhsullarının vilayət vasitəsilə Rusiya bazarlarına çıxarılması sahəsində birgə tədbirlər haqqında danışılıb.

Söhbət zamanı bu gün Bakıda keçiriləcək Həştərxan Biznes Mərkəzinin təməlqoyma mərasiminin önəmi vurğulanıb, turizm, səhiyyə, kənd təsərrüfatı, təhsil, texnologiya sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam