Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Həbsdaki azərbaycanlı biznesmen şok faktlar açıqlaya bilər

Həbsdaki azərbaycanlı biznesmen şok faktlar açıqlaya bilər

 

ABŞ-da yaşayıb fəaliyyət göstərən tanınmış türkiyəli vəkil Cahid Akbulut bir müddət əvvəl Mayamiyə gələrkən hava limanında həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabın məhkəmə prosesində bəzi vacib məsələlərlə bağlı məlumatlar verə biləcəyini bildirib 

 

Xeberinfo.com:  Məlumata görə, “Amerikanın Səsi”nə müsahibə verən vəkil bildirib ki, zaman keçdikcə Rza Zərrabın vəziyyəti daha da ağırlaşır. 

Nyu Yorkun Cənub bölgəsi üzrə Federal Məhkəməsində qeydiyyatda olan Cahid Akbulut Türkiyə və İranda fəaliyyət göstərmiş tanınmış iş adamının bəzi faktları açıqlamasının onun daha az cəza almasına kömək edə biləciyini deyib:“Məhkəmə heyətinin Rza Zərrabın zəmanətə buraxılması ilə bağlı vəkilin verdiyi vəsatəti qətiyyətlə rədd etməsi təqsirləndirilən tərəfin nə qədər çətin mərhələyə daxil olduğunu göstərir. Bundan sonra Rza Zərrab kimlərlə iş gördüyünü və bildiyi bəzi digər faktları açıqlamaq məcburiyyətində qala bilər və şok faktları açıqlayaraq daha yüngül cəza ilə qurtula bilər. Burada ilk qolu atmaq daha önəmlidir. İlk qolu vuran oyunun nəticəsi üçün daha böyük üstünlük əldə edir. Zəmanət məsələsində də belə oldu və hakim Bharara ilk mərhələdə önə keçməyi bacardı. İndi Rza Zərrabın buradan hansı şərtlərlə qurtulması vacib deyil. Rza Zərrab özünü qurtarmaq üçün Türkiyəni də çox yaxından maraqlandıran vacib məlumatları və dəlilləri təqdim edə bilər”.

Məhkəmənin R.Zərrabın bildiyi vacib faktları ondan qopartmayınca onu zəmanətə buraxmayacağını deyən tanınmış vəkil ittihamçı tərəfin, yəni ABŞ-ın hüquq-mühafizə orqanlarını, eləcə də Federal Təhqiqatlar Bürosunun əlində vacib dəlillərin olduğunu düşünür:

“Bizi bu vəziyyətdə maraqlandıran əsas məqamlardan biri də Rza Zərrabın bundan sonra məhkəmə prosesinə qatılıb-qatılmayacağıdır. Çünki o, istintaq prosesində də faktları təqdim edərək anlaşma əldə edə də bilər”.

C. Akbulut bildirib ki, Rza Zəırrabın vəkili Brafmanın bacarığından çox şey asılı olacaq: “Onun istintaqla razılaşmaq istiqamətində hərəkətlər edəcəyini, və özlərində vacib faktların olduğuna işarələr edəcəyinə inanıram. Müəyyən sövdələşmə qarşılığında Rza Zərrabın daha yüngül cəza almasına çalışacaqlar və əgər bu baş tutsa vəkil Brafman üçün həddindən böyük uğur sayılacaq. Brafmanın riskə girərək məhkəmə prosesinin davam etməsinə qərar verəcəyini düşünmürəm. Çünki bu prosesin sonunda Rza Zərrabın onlarla il müddətinə həbs cəzasına məhkum edilməsi qorxusu var”.

Qeyd edək ki, Rza Zərrab İrana qarşı tətbiq edilən maliyyə sanksiyalarının və digər embarqoların yarılmasında və bu ölkəyə qeyri-qanuni yollarla valyuta kütləsinin axıdılmasında təqsirli bilinir. O, əsasən Türkiyədə fəaliyyət göstərib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam