Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Vergilər Nazirliyi "Turan"a qarşı iddiaların geri götürülməsi haqda sənədi vermir

 

Noyabrın 27-də məhkəmə iclasında Vergilər Nazirliyinin nümayəndəsi 2017-ci il avqustun 7-də "Turan" agentliyinə irəli sürülən 38 min manat vergi borcunun və cərimənin "ləğv edilməsi"nin səbəblərini izah edə bilməyib

 

Yenixeber.org: Agentliyin direktoru Mehman Əliyev borcun silinməsini təqdir edərək Vergilər Nazirliyinin borcun ləğv edilməsi barədə rəsmi qərarı verməsini istəyib. Öz növbəsində nazirliyin nümayəndəsi ləğv olunmanı borcun "tədricən" azalması ilə izah edib.

Hakim Şərafət Məmmədovanın "əgər ləğvetmə baş veribsə, qərarın olması nə dərəcədə vacibdir?" sualının cavabında M.Əliyev deyib ki, Vergilər Nazirliyinin hərəkəti inam doğurmur.

"Mayda bizə qarşı 2016-cı ilə görə 3 min manat vergidən yayınma barədə ittiham irəli sürdülər, ancaq araşdırma olmadan 2 min manat cərimə etdilər və agentliyin bank hesabından 5 min manat götürdülər. Biz vergilər nazirinə müraciət etdik və o da cavab olaraq yoxlama təyin etdi. Yoxlama zamanı əvvəlki qərar yeni qərarla ləğv edildi və yeni qərarla hər hansı borcun olmadığı müəyyən edildi.

Bir ay sonra 2016-cı ilə görə 9 min manat, 2014-2017-ci illər üçün 27 min manat və 10 min manat isə cərimə müəyyən etdilər. Sentyabrın 11-də borc və cərimənin olması barədə qərarı ləğv etdilər. Sentyabrın 15-də borc və cəriməni bərpa etdilər. Sonra bəyan etdilər ki, ləğv olunub.

Oktyabrın 2-də bank hesabını blokladılar. Oktyabrın 5-də bu barədə bəyanatımızdan sonra Vergilər Nazirliyi bildirdi ki, elektron sistemdə nasazlıq baş verib və bu da səhvən hesabın bağlanmasına səbəb olub. Hesab açılıb".

"Belə olan halda, kim zəmanət verə bilər ki, sabah Vergilər Nazirliyi borcu və cəriməni bərpa etməyəcək və "ləğvetmə"ni sistemin səhvi ilə izah etməyəcək?", - M.Əliyev hakimə sual edib.

Hakim Vergilər Nazirliyinin nümayəndəsindən xahiş edib ki, agentliyin borcunun "ləğv edilməsi" barədə açıqlamanı təqdim etsin. O, növbəti iclası noyabrın 30-na təyin edib.

Xatırladaq ki, noyabrın 8-də Vergilər Nazirliyi sistemində agentliyin poçt qutusuna 38 min manatdan çox vergidən yayınma və cəriməyə dair iddianın tam ləğv edilməsi barədə bildiriş, həmçinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 2010-2017-ci illər üçün səyyar vergi yoxlaması ilə bağlı 16 avqust tarixli qərarının ləğvi haqda nazir müavini İlkin Vəliyevin məktubu daxil olub.

Yoxlamanın ləğvi barədə 6 noyabr tarixli rəsmi qərar agentliyə noyabrın 13-də daxil olub.

Ancaq agentlik 38 min manatdan çox vergidən yayınma və cərimə barədə Lokal Vergilər Departamentinin qərarının ləğvi haqda rəsmi təsdiq məktubunu hələlik almayıb.

Xatırladaq ki, Lokal Gəlirlər Departamenti avqustun 7-də Turan agentliyini 2014-2016-cı illər üçün 27 min manat vergidən yayınmada ittiham edib. Cərimə ilə birlikdə ümumi məbləğ 38 min manatdan çox təşkil edib. Agentliyə qarşı cinayət işi açılıb.

Avqustun 24-də agentliyin direktoru Mehman Əliyev həbs edilib. Sentyabrın 11-də Bakı şəhərindən çıxmamaq haqqında iltizam alınaraq azad edilib.

Oktyabrın 30-da Vergilər Nazirliyi cinayət işinə xitam verib, noyabrın 2-də isə Baş Prokurorluq tərəfindən təsdiqlənib.

Qeyd etmək lazımdır ki, agentlik cinayət işinə xitam verilməsi barədə qərarı indiyədək almayıb, baxmayaraq ki, noyabrın 6-da Baş Prokurorluğa müraciət edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam